Aztec Construction layihənin konsepsiyasından açar təhvilinə qədər bütün mərhələləri öz bünyəsində birləşdirir. Hər layihədə planlama mərhələsindən təhvilə qədər tam nəzarət edirik.
Şirkətimizin memarlıq xidməti binanın funksional planlaşdırılmasından fasad konseptinə qədər bütün mərhələləri əhatə edir. Hər layihə torpaq sahəsinin analizi, müştərinin tələblərinin öyrənilməsi və texniki şərtlərin müəyyənləşdirilməsi ilə başlayır.
Eskiz layihə, texniki planlar, konstruksiya həlli, bünövrə hesablaması, 3D vizualizasiya.
Yaşayış və kommersiya məkanlarının daxili dizaynını müştərinin zövqünə və funksional ehtiyaclarına uyğun formalaşdırırıq. Hər məkan üçün fərdi konsepsiya hazırlayırıq.
Neoklasika, Klassika, Ağır klassika, Müasir minimalizm. Bütün üslublarda layihə planlaması və açar təhvili icra.
Müasir tələblərə uyğun bütün materiallarla həllər təklif edirik. Şüşə, metal, kompozit və pen panel ilə binanın xarici görünüşünü formalaşdırırıq.
Konsultasiya alınFərdi yaşayış evlərindən kommersiya obyektlərinə qədər geniş spektrdə açar təhvil tikinti. Bünövrədən son dekor işlərinə qədər bütün mərhələlər nəzarətimizdədir.
Konsultasiya alınƏtraf ərazinin planlaşdırılması, yaşıllaşdırma və xarici işıqlandırma. Bütün növ və model hovuzlar. Müasir yay mətbəxi konseptli besetkalar.
Konsultasiya alınTikinti planlaması, smeta hazırlanması, texniki məsləhət. Torpaq sənədləri və tikinti icazələri məsələlərində dəstək. İlkin konsultasiya pulsuzdur.
Konsultasiya alın